| SİYASƏT |
19 may [13:00] ||
Düşmən mövqelərimizi atəşə tutdu
Ermənistan silahlı qüvvələrinin bölmələri Cəbrayıl rayonunun Cocuqmərcanlı və Çaxırlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Alxanlı kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan silahlı qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bütün hallarda düşmən cavab atəşilə susdurub, itki yoxdur. Xəbəri Müdafiə Nazirliyi yayıb.
|
|
19 may [10:00] ||
Rusiya danışıqları təxirə saldı
Rusiya -Gürcüstan danışıqlarının növbəti mərhələsində gərginlik yaşanıb. Cənubi Qafqazda təhlükəsizliklə bağlı Cenevrədə keçiriləcək müzakirələrin beşinci mərhələsi Rusiyanın iclası təxirə salmasıyla nəticələnib. Danışıqların bu gün bərpası gözlənilir.
Rusiya nümayəndə heyyətinin belə bir addım atmasına səbəb Cenevrə danışqılarında Abxaziya tərəfinin iştirak edə bilməməsi olub. Rəsmi Moskvanın müzakirəni tərk etməsi Cənubi Osetiyadan olan nümayyəndə heyyətinin də ürəyincə olub.
|
|
16 may [13:00] ||
Düşmən atəşkəsi pozdu
Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonu ərazisindəki yüksəkliklərdə yerləşən mövqelərindən Azərbaycan ordusunun Tovuz rayonunun Koxanəbi kəndi ərazisindəki üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyi xəbər verir ki, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
|
|
16 may [13:00] ||
Rusiya «Nabukko»-nun reallaşmasına qarşı deyil
Rusiya «Nabukko» qaz kəməri layihəsinin reallaşmasına qarşı deyil. Baş nazir Vladimir Putin belə bir maraqlı bəyanatla çıxış edib. Putin bəyan edib ki, Moskva «Nabukko»-ya mane olmayacaq. Amma Rusiya rəsmisi yeni qaz kəmərinin perspektivinə inanmadığını bildirib. «Milyardlarla pul töküb kəməri çəkmək olar, əsas məsələ onu qazla təmin etməkdir» - deyən Putinin fikrincə, xammal çatışmazlığı səbəbindən «Nabukko»-nun fəaliyyəti səmərəli olmayacaq. Moskva «Cənub axını» layihəsini Avropanın enerji təhlükəsizliyi baxımından ən münasib kəmər hesab edir. Rusiya və İtaliya arasında «Cənub axını»-nın reallaşması ilə bağlı bir sıra sənədlər imzalanıb.
|
|
16 may [13:00] ||
Ermənistan BMT qətnamələrinə əsasən işğalçı dövlətdir
«Ermənistan BMT qətnamələrinə əsasən işğalçı dövlətdir. İşğala son verərsə, sərhədləri açarıq». Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Polşada Qdansk universitetində belə bəyanatla çıxış edib. Bildirib ki, «Türkiyə Ermənistan münasibətləri heç də birtərəfli deyil. «Ermənistanla Azərbaycan arasında mövcud olan problem istər-istəməz bizi də maraqlandıran məsələdir. İstədiyimiz Ermənistanın Dağlıq Qarabağdan çəkilməsidir. Bu qərarı biz verməmişik. BMT Təhlükəsizlik Şurası verib. Dağlıq Qarabağ işğal edildiyi üçün Türkiyənin Ermənistanla sərhədi bağlıdır. Bu səbəb aradan qalxsın və sərhədi açaq» - deyə Türkiyənin baş naziri bildirib.
|
|
DÜNYA |
19 may [13:00] ||
Serbiya və Çernoqoriya əlaqələrində yeni mərhələ başlayır
Serbiya və Çernoqoriya əlaqələrində yeni mərhələ başlayır. Çernoqoriya prezidenti Filip Vuyanoviçin Serbiyaya rəsmi səfəri belə bir şərait yaradıb. Belqradda qarşılıqlı danışqlar aparan hər iki ölkənin prezidenti ikitərəfli münasibətləri möhkəmləndirmək qərarı qəblu edib. İki ölkə arasında soyuqluğun yaranmasına səbəb Kosovanın statusuyla bağlıdır. Çernoqoriya hökumətinin ötən il Kosovanın müstəqilliyini tanıması Serbiyayla ikitərəfli əlaqələrə zərbə endirmişdi. Rəsmi Belqrad hətta öz səfirini Çernoqoriyadan geri çağırmış və bu ölkənin səfərini isə Serbiyanı tərk etməyi təklif etmişdi. Prezidentlərin danışığında ikitərəfli əlaqlərin bərpasının regiondakı sabitlik üçün önəmli olduğu və yaxın gələcəkdə səfirlik fəaliyyətinin bərpası qeyd edilib.
19 may [13:00] ||
Rusiya ilə ABŞ arasında danışıqlar başlayır
Bu gün Moskvada strateji hücum silahlarının məhdudlaşdırılması barədə Rusiya ilə Birləşmiş Ştatlar arasında danışıqlar başlayacaq. Yeni razılaşmanın əldə olunması tərəflər üçün elə də asan olmayacaq.
|
|
19 aprel [13:00] ||
«Donuz qripi» dünyanı cənginə alır
«Donuz qripi» dünyanı yavaş-yavaş cənginə alır. Avropa qitəsində yayılan xəstəlik Yunanıstanda da aşkar olunub. Virus bu yaxınlarda Birləşmiş Ştatlardan qayıtmış 19 yaşlı tələbədə tapılıb. Yunanıstan Səhiyyə Nazirliyi lazımi tədbirin həyata keçirildiyini və xəstənin müalicəsi üçün onun nəzarət altına alındığını bəyan edib. Beləliklə bu xəstəlik faktıyla birlikdə artıq planetimizin 41 ölkəsində təhlükəli virusunun mövcudluğu təsdiqlənib. Ümumilikdə 8830 nəfərdə «A H 1 N 1» virusu aşkar edilib. Ümumdünya Səhiyyə Təşkilatı «Donuz qripi»-nin xroniki xəstəlik təhlükəsi daşımağa başladığını bildirib.
|
|
30 aprel [10:00] ||
ABŞ-da bir uşaq «Donuz qripi»-ndən dünyasını dəyişdi
«Donuz qripi»-nə yoluxanların sayı sürətlə artır. Ümumdünya səhiyyə Təşkilatı dunyanın ciddi bir xəstəliklə üzləşdiyinini bəyan edib. Lakin təşkilat virusla mübarizə üçün lazımi şəraitin olduğunu bildirib.
Dünya üzrə «Haş 1 En 1» virusuna yoluxanların sayının 114 nəfər olduğu rəsmən təsdiqlənib. «Donz qripi» xəstəliyi meydana çıxandan indiyə qədər Meksikada artıq 160 nəfər bu qripdən dünyasını dəyişib. Artıq bu xəstəlikdən digər ölkələrdə də ölənlərin olduğu bildirilir. Amerika Birləşmiş Ştatlarının səhiyyə orqanları dünən 2 yaşlı bir uşağın «Donuz qripi» nəticəsində öldüyü xəbərini yayıb. Ümumdünya Səhiyyə Təşkilatı virusun sürətlə yaylmağa başladığını bəyan edib.
Artıq «Donuz qripi» Amerika, Avropa, Afrika və Avstraliya qitələrində də qeydə alınıb. Xəritədə qırmızı rənglə göstərilən ərazilərdə virusun mövcudluğu rəsmən təsdiqlənib. Sarı rənglə olan bölgələrdə isə şübhəli simptomlu xəstələr var. Mütəxəssislər «Donuz qripi» virusunun insan orqanizmində qısa zaman ərzində genetik dəyişikliyə məruz qalmaq qabiliyyəti olduğunu söyləyirlər. Bu da təhlükəni daha da artırır.
|
|
| CƏMİYYƏT
|
19 may [13:00] ||
Türkiyədə növbəti qalmaqal
Ankara Cümhuriyyət Prokurorluğunun pul mənimsəmə ittihamı ilə apardığı araşdırma çərçivəsində prezident Abdullah Gül haqqında Sincan Birinci ağır cəza məhkəməsi mübahisəli qərar verib. Məhkəmə prezidentin ifadəsinin alınmasına qoyulan məhdudiyyəti aradan qaldırıb. Məhkəmənin bu qərarı Türkiyə iqtidarının böyük etirazına səbəb olub. Hakimiyyət prezidentin məhkmə qarşısına çıxarılmasını konstitusiyaya zidd hərəkət adlandırıb. Rəsmi Ankara prezidentin, deputatların və nazirlərin toxunulmaz olduğunu, yalnız vətənə xəyanət maddəsi ilə məhkəmə qarşısına çıxarıla biləcəyini qeyd edib. Sincan birinci ağır cəza məhkəməsinin qərarını ləğv etmək üçün prezidentin vəkilləri Ədliyyə Nazirliyinə müraciət edərək prosesə ali məhkmədə baxılmasına çalışır.
|
|
19 may [13:00] ||
Türkiyənin ölkəmizdəki səfiri Şəkiyə səfər edib
Türkiyənin ölkəmizdəki elçisi Şəkiyə səfər edib. Rayon administrasiyasında keçirtdiyi görüşdə səfir Hülusi Klıça Şəkidə sənayenin, kənd təsərrüfatının inkşafı və sahibkarlığın mövcud vəziyyəti barədə məlumat verilib. Sonra qonaq xanımı ilə birlikdə Azərbaycanın ən böyük ipək istehsalçısı olan Şəki İpək Açıq Səhmdar Cəmiyyətini ziyarət edib. Burada o, iş şəraiti və ipək istehsalı ilə maraqlanıb. Hülusi Kılıç və xanımı həmçinin ipək kombinatının son məhsulları ilə tanış olublar. Ardından qonaqlar xalça sexinə baş çəkiblər. Burada onlar təbii ipəkdən olan xalçaların toxunma prosesini izləyiblər.
|
|
19 may [13:00] ||
Təbiət özü müalicə edir...
Naxçıvanda təbii sərvətlərdən artıq tam səmərli istifadə edilir. Culfa rayonu ərazisində yerləşən Darıdağ mineral su yatağında yeni yaradılan infrastruktur burada müalicə mərkəzinin yaranmasına səbəb olub. Buranı hər gün onlarla xəstə ziyarət edir.
Darıdağ mineral suyu öz müalicəvi tərkibinə görə keçmiş SSRİ-də məşhur idi. Bir neçə kilometr dərinlikdən təzyiqlə çıxan suyun istiliyi 55 selsi dərəcəyə çatır. Tərkibi karbon qazı, mərgümüş , xolr-karbohidronat və natriumdan ibarətdir. Buna görə də bir çox xəstəliklərin müalicəsində effektlidir.
Müalicəxanada xüsusi vannalar düzəldilib. Burada revmatik, dəri-zöhrəvi, qara ciyər, qadın xəstəlikləri və müxtəlif sinir ağrıları müalicə olunur. Təkcə yerli sakinlər deyil, əcnəbilər də bu su ilə müalicəyə üstünlük verirlər.
Darıdağ arsenli suyu təkcə müalicə üçün istifadə edilmir. Sənayedə də bu su geniş tətbiq olunur. Suyun çıxdığı yerdən 2 kilometr aralıda istehsal gücü 30 ton olan yeni karbon zavodu tikilib. Burada suyun tərkibindən ayrılan karbon qazı müxtəlif süfrə və mineral suların qazlaşdırılmasında geniş tətbiq edilir. Hazırda zavodda 6 min 3 yüz ton maye və 5 ton quru buz halında qaz istehsal edilir. Naxçıvanın daxili bazarıdan başqa müəssisə bütün ölkəyə məhsul ixrac edir. Muxtar Respublikadakı müəssisələrin karbon qazına gündəlik tələbatı hələ ki 1100 tondur.
|
|
19 may [13:00] ||
Bakıda təhsilin qiymətləndirilməsi üzrə beynəlxalq assosasiyanın regional toplantısı keçiriləcək
Mayın 20-dən 22-ə qədər Bakıda təhsilin qiymətləndirilməsi üzrə beynəlxalq assosasiyanın regional toplantısı keçiriləcək. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib. «Təhsildə qiymətləndirmə: hazırkı vəziyyət və inkişaf perspektivləri» mövzusuna həsr edilmiş konfransda yerli mütəxəssislərdən əlavə, Böyük Britaniya, Hollandiya, Rusiya, Qazaxıstan və başqa dövlətlərin təhsil mütəxəssisləri də iştirak edəcək. Tədbirdə Azərbaycanda təhsilin səviyyəsi, tədrisin qərb standartlarına uyğunlaşdırılması kimi mövzular aktuallıq kəsb edəcək.
|
|
19 may [10:00] ||
Bakıda dünya seysmoloqlarının konfransı keçiriləcək
Bakıda dünya seysmoloqlarının IV beynəlxalq konfransı keçiriləcək. Bu barədə Milli Elmlər Akademiyası yanında Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Üç gün davam edəcək tədbirdə Amerika Birləşmiş Ştatları, Rusiya, Türkiyə, Özbəkistan və digər dövlətlərin seysmoloqları iştirak edəcək. Azərbaycanda seysmoloji vəziyyət, gələcəkdə baş verə biləcək gözlənilməz seysmoloji hadisələr əsas müzakirə obyekti olacaq.
|
|
15 may [13:00] ||
Beynəlxalq simpozium «Naxçıvan tövsiyyəsi» adlı sənəd qəbul etdi
Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və Azərbaycan respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin birgə təşkil etdiyi beynəlxalq simpoziuma yekun vurulub. «Əqli mülkiyyət və ənənəvi biliklər » mövzusunda keçirilən 3 günlük simpoziumun sonunda «Naxçıvan tövsiyyəsi» adlı sənəd qəbul edilib.
Naxçıvan şəhərində keçirlən beynəlxalq simpoziumda 20 ölkənin təmsilçisi iştirak edirdi. Simpoziumda əqli mülkiyyətin və ənənəvi biliklərin qorunması, onların təbliği ilə bağlı müxtəlif mövzular müzakirə edildi. Tədbirin gedişində hər bir ölkə təmsilçisi bu sahədə qarşılaşdığı problemin həlli ilə üçün öz təklifini verdi.
O da təklif edildi ki bundan sonra təşkilatın rus dilində yazılan mətnlərində «Naxçıvan» ifadəsi «Naxiçevan » deyil, Azərbaycan dilində olduğu kimi yazılsın. Təkliflərin hər ikisi qəbul edildi. «İşğal altındakı ərazilərdə ənənəvi biliklərin qorunması» ilə bağlı təklif geniş müzakirəyə səbəb olsa da, tövsiyyə sənədin tərkibinə salınmadı.
Əqli mülkiyyət və ənənəvi biliklərlə bağlı qəbul edilən «Naxçıvan tövsiyyəsi» 7 bənddən ibarətdir. «Qazandığımız təkcə bu sənəd olmadı. 3 gün ərzində Naxçıvanda gördüyümüz iqtisadi inkişaf,milli dəyərlərə hörmət bizi ən azından heyrətləndirdi. Biz Naxçıvandan onun ən yaxın dostları kimi ayrılırıq». Bu simpoziuma qatılan qonaqların fikri idi.
|
| TƏHSL VƏ MƏDƏNİYYƏT |
23 fevral [13:00] ||
«Qaravəlli» əsəri səhnələşdirilib
Cəlil Məmməquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı yazıçı Anarın «Qaravəlli» əsərini səhnələşdirib. 2009-cu il repertuarında ilk tamaşa olan «Qaravəlli» tamaşaçıların ürəyincə olub. Cəmiyyətdə baş verən süründürməçilik, laqeydlik və biganəliyin tənqid olunduğu tamaşada şarj və qratesklərə üstünlük verilib. Səhnə əsərində musiqilər canlı olaraq teatrın orkestri tərəfindən ifa edilir. Tamaşanın rejissoru xalq artisti Rövşən Hüseynovdur. Rolları ifa edənlərin əkəsəriyyəti isə teatrın gənc aktyorlarıdır.
|
|
05 fevral [10:00] ||
Dahi bəstəkar Qara Qarayevin anadan olmasından 91 il keçir
Öz sənəti ilə Azərbaycanı dünyaya tanıtmış, bəstəkar, pedaqoq və görkəmli ictimai xadim Qara Qarayevin doğum günündən 91 il ötür. Qara Qarayev dünyaya gözünü soyuq, şaxtalı qış günündə açıb. 1918-ci ilin fevralın 5-də. Deyirlər, insan doğulanda taleyi də elə həmin vaxt yazılır. Onun taleyinə mənalı bir ömür yazılmışdı. Cəmi 64 il yaşayan dahi bəstəkar təkcə sağlığında yox, ölümündən sonra da şanı şöhrəti artmaqda davam edirdi.
Bu gün onun adı ölməzliyə qovuşan insanlar sırasındadır. Çağdaş Azərbaycan musiqinin özülünü qoymuş Üzeyir Hacıbəyovla onun adı qoşa çəkilir. Qara Qarayev Azərbaycan musiqisində br sıra janrların da yaradıcısı hesab olunur. Musiqi mədəniyyətimizdə yaratdığı yeni pillələri iri addımlarla arxada qoyan bəstəkar Azərbaycan musiqisinin beynəlxalq məktəbinin də yaradıcısıdır.
Azərbaycan musiqi məbədiniyyətinin ən etibarlı dayaqlarından biri və bu musiqinin dünya şöhrəti qazanmasında əvəzsiz rolu olan Qara Qarayevin yaratdığı «Yeddi gözəl», «İldırımlı yollarla» baletləri, «Don kixot», «Leyli və Məcnun» simfonik poeması, «Vyetnam» süitası və digər əsərləri bəşəriyyətin musiqi xəzinəsinə bəxş edilmiş ən mükəmməl töhfələrdir.
|
| İQTİSADİYYAT |
18 may[16:00] ||
Yanvar-aprel aylarında 17,6 mln barel neft hasil edilib
Yanvar-aprel ayları ərzində Dövlət Neft Şirkətinin idarələri 17,6 mln barel neft hasil edib. Ötən il bu göstərici 18,2 mln barelə bərabər olub. Bu barədə şirkətdən məlumat verilib. Birinci rübdə həmçinin 2,76 milyard kubmetr qaz əldə edilib.
|
|
18 may [16:00] ||
Türkiyə Azərbaycandan aldığı qazın həcmini artırmaq niyyətindədir
«Rəsmi Ankara Azərbaycandan aldığı qazın həcmini səkkiz milyard kubmektrə qədər artırmaq niyyətindədir». Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan «CNN Turk» kanalına müsahibəsində belə deyib. Bildirib ki, ölkəsi bu il Azərbaycandan 6,7 milyard kubmetr qaz alacaq. Hazırda Azərbaycan qazı Türkiyəyə 1000 kubmetri 120 dollara satılır. Türkiyə ilə bağlanmış müqaviləyə əsasən, «Şahdəniz» yatağından çıxarılan qazın qiymətinə tədarüklərin başlanmasından bir il sonra yenidən baxıla bilər. Hazırda bu məsələ ilə bağlı danışıqlar aparılır.
|
|
18 may [16:00] ||
Azərbaycana 16,8 min minik avtomobili idxal edilib
Yanvar-mart aylarında Azərbaycana təxminən 16,8 min minik avtomobili idxal edilib. Ötən ilin analoji dövründə bu rəqəm 16,5 minə yaxın olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk rübündə gətirilən minik avtomobillərinin ümumi məbləği 103 milyon dollardan çox olub. Qeyd olunan dövrdə ölkəmizə 31 milyon dollar dəyərində 1500 yük avtomobili idxal olunub.
|
|
18 may [16:00] ||
Mavi yanacaq qalmaqalı yenidən başlaya bilər
Ukrayna prezidenti Viktor Yuşşenkonun yanında fövqəladə müşavirə keçirilməsi planlaşdırılır. Dövlət başçısının hökumət qarşısında Rusiya ilə imzalanmış qaz müqavilələrinə yenidən baxılması barədə tapşırıq verəcəyi gözlənilir.
Rusiya ilə imzlanmış qaz müqavilələrinə yenidən özü də təcili baxılmalıdır. Ukrayna prezdienti Yuşşenko belə deyib. Buna görə də hökumətin toplantısının keçirilməsini vacib sayıb. Müşavirəyə baş nazir Yuliya Timoşenko və Milli Bankın sədri Vladimir Stelmax və regionlar partiyasının lideri Viktor Yanukoviç də dəvət olunub. Dövlət başçısı öz mövqeyini konkret olaraq bildirib. Hökumət Rusiya tərəfi qarşısında qazla bağlı imzalanmış müqavilərə yenidən baxmaq haqqında məsələ qaldırmalı, müvafiq nümayəndə heyətini formalaşdırmalı, bu heyətin danışıqlardakı vəzifələrini müəyyən etməli və qanunvericilikdə bəzi dəyişikliklər edilməlidir. Müşavirənin əsas məqsədlərindən biri də vahid antiböhran planının hazırlanması və Beynəlxalq Valyuta Fondu ilə anlaşmanın necə yerinə yetirilməsini müzakirə etməkdir. Prezident bank sistemi ilə bağlı mayın sonunda qəbul ediləcək qanunların da hələ hazır olmamasından narhatlığını bildirib.
|
|
18 may [16:00] ||
Köhnə avtomobili təzəsiylə dəyişdirmək kampaniyası Avropada genişlənir
Böyük Britaniya hökuməti yerli avtomobil sənayesini dəstəkləməyi qərara alıb. Hökumətin məqsədi qlobal böhranla bağlı pis anlar yaşayan yerli avtomobil şirkətlərini dirçəltməkdir.
Bu gündən etibarən hər bir britaniyalı iki min funt mükafat əldə edə biləcək. Əgər istənilən britaniyalı köhnə maşını təhvil verib, yenisini alsa, belə bir tədbirin iştirakçısı olacaq. Yeni qərarın əsas şərtlərindən biri budur ki, təhvil veriləcək avtomobilin istismar müddəti 10 ildən çox olmamalıdır. Bu tədbirin iştirakçısı olamaq üçün britaniyalıların bir il vaxtı var. Uzun müddətdi Britaniya parlamentində müzakirə edilən bu qanun layihəsi nəhayət ki, qəbul edilib. Tədbirin həyata keçirilməsi üçün bütün vəsaitlərin hökümət tərəfindən ödəniləcəyinə ümid edən avtomobil sənayesi istəyinə tam nail ola bilməyib. Hökümət qanun icrasından irəli gələn xərclərin yalnız 50 faizini öz boynuna götürüb. Yerdə qalan məbləği isə avtomobil istehsalçısı olan firmalar verməlidir. Avtomobil şirkətləri bu prosesdə öz işlərini yüngülləşdirməyə çalışır. Onlar yerdən qalan 50 faiz vəsaitin dörddə birini avtomobil dilerlərinin boynuna qoymaq niyyətindədir. Lakin hələlik bu istiqamətdə bir irəliləyiş yoxdur. Qlobal böhranla bağlı Britaniyada avtomobil sahəsində nəzərə çarpacaq dərəcədə eniş yaşanır. Cari ilin əvvəlindən bəri əksər avtomobil şirkətlərinin satışı 3 dəfə aşağı düşüb. Köhnə avtomobili təzəsiylə dəyişdirmək tədbiri ilk dəfə almaniyada tətbiq olunub. Hazırda bu qərar Almaniyada cari ilin fevralından bəri qüvvədədir. Artıq bu tədbir bir çox şirkətlərə yaxşı gəlir gətirib. Həmiçnin proqram iş yerlərinin də ixtisarı prosesini dayandırıb. Almaniya hökuməti dəyişmə prosesində vətəndaşlarına 2 min 5 yüz avro ödəyir. Bu qanun layihəsi artıq Fransada işə salınıb və nəzərə çarpacaq dərəcədə uğur qazanıb.
|
|
18 may [16:00] ||
Çin ixracatında tənəzzül
Qlobal iqtisadi böhran bir sıra inkişaf etmiş ölkələrin maliyyə sisteminə ağır zərbə vurub. Ölkə büdcəsinin əsas hissəsini təşkil edən ixracatın zəifləməsi Çində vəziyyətin psləşməsinə səbəb olub.
Beynəlxalq maliyyə böhranı nəticəsində Çin sənayesi xarici satış bazarlarını itirmək təhlükəsi ilə üzləşib. İqtisadi Araşdırma Mərkəzinin mütəxəssisləri bunun gələcəkdə ixracatı iflasa uğrada biləcəyini bildiriblər. Yeni satış mərkəzləri axtarmaqla yanaşı Çin son 6 ayda əsas gəlir mənbəyi olan Amerika Birləşmiş Ştatları bazarını qoruyub saxlamağa çalışır. Rəsmi məlumatlara əsasən ötən illə müqayisədə ölkə ixracatında xeyli azalma qeydə alınıb. Mart ayında 17,1 faiz təşkil edən tənəzzül göstəricisi apreldə 22,6 faizə çatıb. Hesablamalara görə idxalın da səviyyəsində yaxşı heç nə yoxdur. Belə ki, apreldə bu sektorda 23 faiz eniş müşahidə olunub. Belə vəziyyət daxili bazarda sənaye mallarının istehlakını kəskin aşağı salıb, ümumdaxili məhsulun həcminə də mənfi təsirini göstərib.
|
|
18 may [16:00] ||
Rusiya iqtisadiyyatı tənəzzülə uğrayır
Rusiya iqtisadiyyatı gözlənildiyindən daha sürətlə tənəzzülə uğrayır. Son vaxtlar neftin qiymətinin qalxması da problemi həll etmir. Cari ilin birinci kvrtalında ümumdaxili məhsulun həcmi 9,5 faiz aşağı düşüb. Rəsmilər ilin sonuna qədər bu rəqəmin daha 7 faiz azala biləcəyini bildiriblər. Planlaşdırmanın əksinə olaraq, ekspertlər 2010-cu ildə artım səviyyəsinin 3,8 faiz deyil, 0,5 faiz olajağı proqnozlaşdırır. 2011-ci ildə ümumdaxili məhsulun həcmində 4 faiz yox, 3,4 faiz artım müşahidə olunacaq.
|
|
18 may [16:00] ||
Kuba Azərbaycanla bütün sahələrdə əməkdaşlıqda maraqlıdır
Ölkəmizdə səfərdə olan Kuba respublikasının xarici ticarət və xarici investisiyalar nazirinin müavini Rikardo Gerreronun sözlərinə görə, Kuba Azərbaycanla bütün sahələrdə əməkdaşlıqda maraqlıdır. Sabah keçiriləcək Azərbaycan- Kuba hökumətlərarası komisiyanın ikinci iclasında bu sahələr üzrə iki tərfli sazişlərin imzalanması planlaşdırılır.
|
|
18 may [16:00] ||
Əmək pensiyaçılarının sayı 1 milyon 284 minə çatıb
Azərbaycanda əmək pensiyaçılarının sayı 1 milyon 284 minə çatıb. Bu, ötən illə müqayisədə 8 612 nəfər çoxdur. Onlardan 509 mini kişi, 775 mini isə qadındır. Dövlət Sosial Müdafiə Fondundan verilən məlumata görə, onlardan 378 mini çoxuşaqlı qadınlardır. Yaşa görə pensiya alanların sayı 841, əlilliyə görə pensiya alanların sayı 305 min nəfərdəir. 9 500 nəfər isə dövlət qulluqçusu kimi müvinət alır. «Əmək pensiyaları haqqında» qanuna əsasən, hazırda 62 yaşına çatmış kişilər və 57 yaşına çatmış qadınlar ən azı 5 il sosial sığorta stajı olduqda pensiya hüququna malikdir.
|
|
18 may [16:00] ||
İsveçrənin xarici siyasət üzrə dövlət katibi ölkəmizdə səfərdədir
İsveçrənin xarici siyasət üzrə dövlət katibi Mişel
Ambyul ölkəmizdə səfərdədir. Səfər çərçivəsində
Mişel Ambyul xarici işlər naziri Elmar Məmmədyarovla
Dialoq aparacaq. Bu görüşdə ikitərəfli diplomatik
əlaqələr əməkdaşlıq pespektivləri və regional məsələlər müzakirə ediləcək. Daha sonra onun dövlət neft şirkətində görüşləri nəzərdə tutulub. İsveçrə rəsmisi
sabah Qaradağ Sement Zavoduna və «Səngəçal» terminalına
gedəcək .
|
| İDMAN |
22 yanvar [10:00] ||
Avropa Boks Konfederasiyasının yeni nizamnaməsi qəbul olunub
İspaniyanın paytaxtı Madriddə Avropa Boks Konfederasiyasının birinci fövqəladə seçki baş assambleyası keçirilib. Toplantıda iştirak edən Azərbaycan Boks Federasiyasının prezidenti Ağacan Abıyevin məlumatına görə, iclasda Avropa Boks Konfederasiyasının yeni nizamnaməsi qəbul olunub. Yeni nizamnaməyə əsasən Avropa Boks Konfederasiyasının hələ Avropa Həvəskar Boks Federasiyası adlandırıldığı vaxt mövcud olan 10 vitse prezidentinin sayı 4-dək azaldılıb. Avropa Boks Konfederasiyasının yeni vitse prezidentdlərindən biridə soydaşımız Ağacan Abıyev seçilib. Onun əsas funksiyası hakimlərin işinə nəzarətdən ibarət olacaq. Konfederasiyanın prezidenti isə Umbert Firqoni seçilib.
|
|
20 noyabr [10:00] ||
Hərbiçilər arasında boks üzrə dünya çempionatı keçiriləcək
Sabah Bakıda hərbiçilər arasında boks üzrə dünya çempionatı keçiriləcək. Sayca 52-ci olan çempionatda dünyanın bir sıra ölkələrinin ən güclü hərbiçi idmançıları iştirak edəcəklər. Müdafiə nazirliyinin məlumatına görə, noyabrın 30-na dək davam edəcək çempionat ölkəmizdə ilk dəfə təşkil olunub. Yarışmada hərbiçilərimiz böyük əzmlə birincilik üğüründa mübarizə aparacaqlar.
|
|
29 oktyabr [10:00] ||
Dünya şahmat tacı uğrunda mübarizə davam edir
Kainatın ən güclü zəka sahibləri rusiyalı Vladimir Kramnik və hindistanlı Vişvanatan Anand arasında keçirilən dünya şahmat tacı uğrunda mübarizə davam edir. Tərəflər artıq 10-cu turda üz-üzə gəliblər və bu turun ən önəmli məqamı Kramnikin yarış ərzində ilk qələbəsini qazanmasıdır. Ağ fiqurlarla oynayan rusiyalı qrossmeyster 29-cu gedişdən sonra hindistanlı rəqibini mat edə bildi. 10 turdan sonra ümumi nəticə 6-4 Anandın xeyrinədir.
|
| |
|